24 Nisan 2012 Salı

AĞACDAN MƏKTUB


     Əziz dostum dələ:yadındadımı bir zaman biz meşədə idik.Mənim yanımıda da bir qovaq ağacı var idi.Sən bizim budaqlarımızda oynayar,qozalarımızı toplayardın.
       İllər ötdü aylar keçdi yanımızdakı qovağı kəsdilər.Qaldıq ikimiz dostumuzun kəsilməyinə görə çox kədərli idik. Günlər ötür, həftələr keçir. Biz elə hey kədərli qaldıq.
       2010-cu il, iyunun28 havalar isti keçirdi mənim yanımda yeni bir albalı əkdilər. Təbii ki mən ondan böyük və yaşlıyam. O məndən öyüd və nəsihət alır, mənsə ona deyirdim
        - Sədaqətli ol yetər.
        Biz yenidən xoçbəxt olduq. Hətta dostumuzun kəsildiyini belə unutmuşduq. Çox xoşbəxt idik. Belə həyat bizə çox görüldü. Meşəyə ovçular gəldi və səni apardılar. İndi sən bizdən çox uzaqdasan. Əgər bu məktubu alsan mənə cavab yaz. Axı mən tənhayam.
        Cavab:
        Salam əziz dostum şam. Mən sənin məktubunu aldım. Mən də tənhayam, amma ora gələ bilmərəm. Çünki, mən Bakıda bir zooparkda qəfəsin içindəyəm. Əgər sənə bir daha məktub yaza bilməsəm, bil ki, mən yoxam.
         Şam: Mən bu məktubu oxuyandan sonra çox kədərləndim. Artıq budaqlarım quruyub. Deyəsən mən dostum qovağın yanına gedirəm.
                                                                                  ZAMANLI   ELBRUS.

Hiç yorum yok:

Yorum Gönder