24 Nisan 2012 Salı

BIZI QIRMAYIN, YAŞADIN!


 Mən təbiəti çox sevirəm. Doğma yurdum Azərbaycanın əvəzolunmaz təbiəti əsrlər boyu gözəlləşmiş və heyranedici olmuşdur. Keçilməz meşələri keçilməz meşələri, aşınmaz dağları,şəlaləri, çayları həmişə hər yerdəöz gözəlliyi ilə yaddaşlarda qalmışdır. Mən də bu gözəlliklərin vurğunu olmuşam. Hər il mən də öz həmyaşıdlarım kimi təbiətin qoynunda gəzməyi sevir, onun hər daşına, hər kəsəyinə bələd olmaq istəyirəm. Mən hər dəfə meşələrimizi gəzmək, onun hündür, əl çatmaz  ağaclarına baxıb,bir anlıq onların yaşlarını öyrənmək istəyirəm. İlk dəfə mən meşəyə gedəndə bir qədər həyəcan keçirmişdim. Ora mənə çox qəribə görünürdü.  Bir-birindən hündür ağaclar sanki bir–birinə söykənir,elə bil ki,söhbət edirdilər. Kim bilir, bəlkə onlarında öz dili var.
       Bir gün ailəmizlə meşəyə getdik. Biz meşənin dərinliklərinə getdikcə, sanki,  elə bil qaranlıq düşür, hava soyuyurdu. Biz burada,bir yerdə dincəlməyə başladıq. Hərə bir şeylə maraqlanmağa başladı. Mən isə ağaclara baxıb onları bir-birlərindən ayırmağa çalışırdım. Burada müxtəlif ağaclar- palıd,vələs,qoz,cökə və başqa ağaclar var idi. Məni belə bir sual maraqlandırırdı:  Görəsən bu qədər ağacları bura kim əkib? Bu və ya başqa sualları ürəyimdə fikirləşə-fikirləşə bir də baxdım ki, ailəmin olduğu yerdən uzaqlaşmışam. Birdən qulağıma çayın şırıltısı gəldi. Bir az da qabağa irəlilədim. Bu dağların, dərələrin, qayaların, qəlbini yara-yara gələn coşğun çay idi. Bu çayın o biri tərəfi də meşəlik idi. Doğrudan da ana təbiətin yaratdığını heç nə yarada bilməz. İki meşəni birləşdirən bu çay, buraya tamam başqa bir gözəllik verirdi. Bu çayın sərin sərin suyu ilə əl-üzümü yuyub, geri qayıtdım. Yenə də öz-özümə fikirləşir, götür-qoy edirdim. Məgər bu təbiəti məhv etmək olarmı? Əsla yox! Çünki, bu ağaclar bizim sağlamlığımızdır. Bizi yaşadan bunlardır. Düzdür, bunlardan gündəlik həyatımızda geniş istifadə edirik. Axı birbaşa meşələrimizi qıra bilmərik! Onda kəsilmiş bir ağacın yerinə bir neçə ağac əkməliyik. Bu cür fikirlərlə ailəmin olduğu yerə gəlib çatdım. Mən elə bil başqa aləmdə idim. Altdan yuxarı ağaclara baxır, onların qol-qanadını nəzərdən keçirirdim. Bir-birini qucaqlayan bu ağaclar elə bil mənə nəsə demək  istəyirdi. Bəlkə də “bizi qırmayın, yaşadın” deyirdilər.

                                                                                                                               
                                                                                  Nəzərov  Orxan

Hiç yorum yok:

Yorum Gönder