24 Nisan 2012 Salı

İSMAYILLI ŞİVƏSİ


Badya-süd yığılan ağzı gen qab
O,badyanı nənəsinə verdi.
Bardaq-ağacdan düzəldilmiş su qabı
Mən bardağı əlimdən salıb sındırdım.
Bərni-şüşə balon
Anam bərniyə süd tökdü.
Bəğəyə-böyürtkən
Yay vaxtı uşaqlar bəğəyə yığmağa gedirlər.
Bizlə-usaq
Bizlə anasının qucağında şirin yuxuya getdi.
Bəs-ağacın quru budağı
Bağban ağcın budağını kəsib doğradı.
Bayıs-günahkar səbəbkar
Bayısın Allah evini yıxsın!
Bəsdi-səhəng
Qızlar Bəsdiyə su doldurub dayışıyırdılar.
Başmaq-ayaqqabı
O,başmağını yenicə tikdirmişdi.
Broj-qardaş
Onun broju olduqca mehriban idi.
Büzemü-keçi tükü
Onların xalçası büzmüyə oxşayırdı.
Bes- odun
Adamlar besi doğruyub daşıyırdılar.
Becid-cəld tez
O,becid olub bura gəldi.
Bozlamac-çörək
Nənə bizə bozlamac bişirdi.
Beçə-xoruz
Beçə hamını səhər yuxudan durquzacaq.
Bir form-bir cür
O,bir form paltar almışdı.
Binə-heyvan saxlanılan yer
O,heyvanları Binəyə saldı.
Baca-tüsdü çıxan yer
Onun bacası sınıq-sökək idi.
Buxara-kələğayı
Buxaranın üstü gözəl naxışla işlənmişdi

Hiç yorum yok:

Yorum Gönder